Çərşənbə, 25 Aprel 2018 15:55

Əfqanıstan hakimiyyəti dialoq təklifinə “Taliban”dan cavab almayıb

Əfqanıstan hakimiyyəti dialoq təklifinə “Taliban”dan cavab almayıb

Əfqanıstan hökuməti dialoqa başlamaq barədə “Taliban” hərəkatından cavab almasa da, onların razılığına ümid edir.

TASS informasiya agentliyi xəbər verir ki, bunu Əfqanıstan prezidentinin müşaviri Məhəmməd Hənif Atmar bildirib.

Danışıqların Moskva formatı çərçivəsində keçirilmə imkanları ilə bağlı sualı cavablandıran Atmar “meydança seçiminin ikinci dərəcəli məsələ olduğunu” qeyd edib.

Xatırladaq ki, fevral ayının sonlarında ikinci beynəlxalq “Kabil prosesi” konfransının açılışında Əfqanıstan Prezidenti Əşrəf Qəni heç bir şərt irəli sürmədən “Taliban” hərəkatını dialoqa çağırıb. O, həmçinin hərəkatı legitim siyasi qüvvə kimi tanımağa və Kabildə onların rəsmi nümayəndəliyini açmağa hazır olduğunu deyib.

Respublikanın xarici işlər naziri Səlahəddin Rəbbani martın sonlarında Əfqanıstan üzrə beynəlxalq konfransda çıxış edərkən “Taliban” hərəkatı ilə birbaşa danışıqların tez bir zamanda başlayacağına ümidvar olduğunu bildirmişdi.

Şərh yaz


Məxfi kod
Yenilə