Şənbə, 21 Aprel 2018 22:39

Əfqanıstanda yenə dinc sakinlər terrorun hədəfinə çevrilib

Əfqanıstanda yenə dinc sakinlər terrorun hədəfinə çevrilib

Əfqanıstanın şərqindəki Nanqarhar vilayətinin Hasaki Minə rayonunda yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində 5 nəfər sakin həlak olub.Əl-Aləm

Əfqanıstanın Nanqarhar qubernatorluğunun sözçüsü Ataullah Hoqyani bu barədə açıqlamasında qeyd edib. O, bombanın yoldan mülki vətəndaşları daşıyan bir maşının keçdiyi vaxt partladığını açıqlayıb.

Hoqyani partlayış nəticəsində 5 nəfər dinc sakinin həlak olduğunu, aralarında uşaqların da olduğu 14 nəfərin də yaralandığını qeyd edib. Hoqyani yaralılardan bəzilərinin vəziyyətinin ciddi olduğunu söyləyərək, həllak olanların sayının arta biləcəyini qeyd edib.

Şərh yaz


Məxfi kod
Yenilə