Cümə, 20 Aprel 2018 13:13

Tramp ABŞ-ın müttəfiqlərinə silah satışı məhdudiyyətini azaldıb

Tramp ABŞ-ın müttəfiqlərinə silah satışı məhdudiyyətini azaldıb

ABŞ dövləti dünən bu ölkənin müttəfiqlərinə silah satışını asanlaşdırmaq üzrə yeni siyasətlərini elan edib.

Bu siyasətlərə əsasən, ABŞ-ın müttəfiqlərinə hərbi pilotsuzlar daxil olmaqla mübahisəli silahların satışı üzrə məhdudiyyətlər azalacaqdır.

Bu əsasda, amerikalı şirkətlər bundan sonra hərbi pilotsuzlar daxil olmaqla bəzi silahların satışı üçün digər dövlətlərlə birbaşa müzakirələrə girə biləcəklər.

Bundan öncə bu növ silahların satın alınması təkcə Amerika dövləti ilə əlaqə saxlamaq yolu ilə mümkün idi. Bu qərar həmin prosesə hakim kəsilmiş bürokratiyanın bir hissəsini aradan götürəcək.

Bu, Fars Körfəzi ətrafındakı ərəb ölkələri xüsusiyyət təşkil etməklə Amerika ilə müttəfiq ölkələrə silah və sursatların satışının asanlaşdırılması üzrə Vaşinqtonun son hərəkət və siyasətlərinin təkcə bir hissəsidir.

Tramp son bir il ərzində Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla regiondakı ərəb ölkələri ilə on milyardlarla dollar dəyərində silah və hərbi təchizatlar ilə bağlı çoxlu sayda müqavilələr imzalayıbdır. 

Şərh yaz


Məxfi kod
Yenilə