Çərşənbə axşamı, 10 Aprel 2018 23:37

Nigeriya xalqı ardıcıl 90 gündür ki, küçələrdədir+FOTO

Nigeriya xalqı ardıcıl 90 gündür ki, küçələrdədir+FOTO

Nigeriya xalqı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması tələbilə paytaxt Abucada ardıcıl 90 gündür mitinq keçirir.İMNİG

Nigeriya İslam Hərəkatının Şeyx Zəkzəkinin səhhətinin pisləşməsi barədə açıqlama verməsindən sonra, Nigeriya xalqı yenidən küçələrə çıxaraq, hökumətdən şeyxin azadlığa buraxılmasını tələb etməyə davam edir.

Şeyx İbrahim Zəkzəkinin davamçıları aprelin 9-u Abucadakı Fəvvarələr meydanından başladıqları yürüşü Federal Katiblik və Parlament binasının qarşısında sona çatdırıblar.

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarının hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar.

Nümayişçilər Şeyx Zəkzəki və xanımı Zinət İbrahim ilə həbsdə olan bütün İMN fəallarının dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

Şərh yaz


Məxfi kod
Yenilə