Bazar, 18 Mart 2018 20:22

ASEAN liderləri terror təhlükəsi ilə mübarizəni vurğuladılar

ASEAN liderləri terror təhlükəsi ilə mübarizəni vurğuladılar

Asiyanın cənub-şərqində sosial-ictimai şəbəkələrə nəzarətin gücləndirilməsi və terrorizm ideologiyasının yayılmasının önlənməsi Cənub-Şərq Asiya Ölkələri Birliyinin sammitində ciddi şəkildə müzakirə olunub. Bu arada Myanma müsəlmanları əsas diqqət mərkəzində duran məsələ olub.

Sosial-ictimai şəbəkələr hazırda terror qruplaşmalarının Asiyanın cənub-şərqində gənc istifadəçiləri aldatmaq və cəzb etmək üçün münasib məqsədinə çevrilib.

Həyəcan siqnalı ASEAN ölkələri liderlərini Avstraliyaya topladı. Belə ki, Sidney razılaşmasının imzalanması ilə bu regionda radikal təfəkkürlərin yayılması və terror qruplaşmalarının maliyyə təminatı yollarına mane olsunlar.

Sammit iştirakçılarından biri deyib: Terrorizmlə mübarizə sadə deyil. Özü də terrorçuların yeni nəsli sosial-ictimai şəbəkələri hədəf seçib. Biz modern texnologiya və elmləri nəzarətə götürməklə bu qlobal problemlə mübarizə aparmalıyıq.

Malayziya baş naziri də gənclərimizin çox asanlıqla İŞİD-in şeytani və azğın ideoloji tələsinə düşməsinə icazə verməməliyik deyərək on minlərlə rohinca didərginini radikal qruplar, o cümlədən İŞİD üçün münasib ov adlandırıb.

Malayziya baş naziri Nəcib Tun Əbdürrəzzaq deyib: Rohinca böhranı sadəcə humanitar böhran deyil. Bu böhran regionda təhlükəsizlik məsələlərinə çevrilə bilər.  

Nəcib Tun Əbdürrəzzaqın sərt açıqlamasının dərhal yayılması və Avstraliya ictimai fəallarının Myanmaya hakim partiyanın lideri xanım Anq San Suçinin məsuliyyətə cəlb olunmasına dair tələbləri ardınca, Avstraliya baş prokuroru elan edib ki, xanım Suçinin diplomatik toxunulmazlığı vardır. Bu məsələ Suçinin düşmənçilik siyasətləri əleyhinə yüzlərlə nəfərin qəzəbi, etirazı və Sidney şəhər şurası qarşısına toplaşmasına səbəb oldu.

Aksiya iştirakçısı deyib: Avstraliya hökuməti hələ də soyqırımı törədən bu xanıma ölkəyə giriş icazəsi verməməli idi.

İndi ictimai etirazlardan əlavə, Sidney Vəkillər Kollegiyası da cinayət və rohinca müsəlmanlarının icbari şəkildə Myanmadan qovulmasına görə, xanım Anq San Suçinin cinayətə cəlb olunması üzrə şikayətini Viktoria Ali Məhkəməsinə təqdim edib.

Şərh yaz


Məxfi kod
Yenilə