Bu səhifəni yazdır
Bazar, 18 Mart 2018 18:24

Aİ-dən ABŞ-a cavab: "Yüzlərlə məhsula görə əlavə gömrük vergisi alınacaq"

Aİ-dən ABŞ-a cavab: "Yüzlərlə məhsula görə əlavə gömrük vergisi alınacaq"

Avropa İttifaqının Komissiyası ABŞ-ın polad və alüminium idxalı üçün tətbiq etməyi planlaşdırdığı əlavə gömrük vergilərinə qarşı cavab tədbirlər kimi əlavə vergiyə titbiq edəcəyi məhsulların siyahısını dərc edib.Euronews

Aİ-nin ABŞ-a cavab tədbiri olaraq 25% gömrük vergisi tətbiq etməyi planlaşdırdığı 10 səhifəlik siyahısında qarğıdalı, barbunya, düyü, qarğıdalı dənəsi, fıstıq əzməsi, qaragilə, portağal suyu, viski, siqar, siqaret, tütün, pomada, cins şalvar, yataq, ayaqqabı, əlüzyuyan, nərdivan, ventilyator, motosiklet, yaxta, balon və polad kimi yüzlərlə müxtəlif məhsul salınıb.

 ABŞ-ın polad və alüminium idxalı üçün əlavə gömrük vergisini tətbiq etməyi planlaşdırdığı bildirdikdən sonra, Aİ də ABŞ-ın bölgəyə etdiyi ixraca qarşı tədbirlər görəcəyini açıqlamışdı.

Aİ Komissiyasının ticarət üzrə nümayəndəsi Sesilia Malmström və ABŞ-ın ticarət naziri Vilbur Ross, gələn həftə gömrük vergiləri və digər ticarət məsələlərini müzakirə etmək üçün görüşəcək.

Şərh yaz


Məxfi kod
Yenilə