Çərşənbə axşamı, 13 Mart 2018 21:51

Perinçək: ABŞ PKK-çılara aylıq maaş verir

Perinçək: ABŞ PKK-çılara aylıq maaş verir

ABŞ PYD terrorçularına ayda 200-400 dollar arası maaş verir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Vətən Partiyasının sədri Doğu Perinçək jurnalistlərə açıqlamasında deyib.

 “Onların PKK-ya verdiyi maaş ABŞ Müdafiə Nazirliyinin büdcəsində əksini tapıb. ABŞ-ın rəsmi mənbələrinə görə, PYD döyüşçülərinə ayda 200-400 dollar maaş ödənir. Bu maaş təxminən 10.000 terrorçuya verilir. Bu rəqəmin 2019-da 65 minə çatdırılması gözlənilir”, – deyə o bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə