Çərşənbə, 07 Mart 2018 20:41

Ərəbistan vəliəhdi Londona səfər etdi, etiraz dalğası yüksəldi+Foto

Ərəbistan vəliəhdi Londona səfər etdi, etiraz dalğası yüksəldi+Foto

Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın Londona səfər etməsi İngiltərə xalqını xeyli qəzəbləndirib.

Ərəbistan vəliəhdinin Londona səfərinin rəsmən elan edilməsinin ardınca, artıq xeyli vaxtdır ki, bu səfər əleyhinə başlanan etirazlar bir qədər də artıb.

Bu səfərə etiraz edənlərdən biri deyir: “Biz Ərəbistanın ən zalım və despot rejimlərdən biridir. Bizim dövlətimiz isə onu ölkəmizə səfərə dəvət edib. Halbki, bu rejim Yəmənə hücum etməklə dünyanın ən böyük humanitar böhranını yaradıb.”

Yəmən müharibəsinin səbəbkarının Britaniyaya səfər edilməsi geniş etirazlara səbəb olub. Deyilənlərə görə Ərəbistan ilə Britaniya arasında 4.6 milyard funtluq silah müqaviləsi imzalanıb və Ali-Səud bu silahlarla Yəməndə günahsız insanları qırğın edir. İndi London başçıları Ərəbistan vəliəhdini qonaq qəbul edirlər. İngiltərə medialarının yazdıqlarına görə, Məhəmməd bin Salman Britaniya kraliçası ilə də görüşəcək, şahzadə Çarlz ilə şam ziyafətinə qatılacaq. Baş nazir Tereza Mey ilə əlaqələrin genişləndirilməsi barədə danışıqlar aparacaq. Xüsusilə müdafiə, təhlükəsizlik və iqtisadiyyat sahələri üzrə.

Bu səfər ilə müxalif olanlardan biri deyir: “Ali-Səud rejiminin Fars Körfəzi məntəqəsindəki insan haqlarına zidd hərəkətləri dəhşətlidir. Ərəbistan rejimi bu gün demokratiya və azadlığın repressiya edilməsinin aşkar simvoldur.”

Ərəbistan vəliəhdinin Londona səfəri ilə bağlı hazırlıq işlərinin görülməsi çərçivəsində ötən bir ildə təqribən 6 dəfə Londona səfər edən Ərəbistanın xarici işlər naziri Adil Əl-Cübəyr iki tərəf arasındakı müqavilələrin həcminin 100 milyard dollara qədər artırılması ehtimalından xəbər verib.

“Qərb insanı, Britaniyada, Avropada və Amerikada, artıq agah olmağa başlayıb. Belə bir şəxsi rəsmən dəvət etmək və onun üçün qırmızı xalça sərməyin mənası “istədiyiniz cinayəti törədin, sadəcə bizə də bir az pul verin” deməkdir”

Ərəbistan vəliəhdi İngiltərə rəsmiləri üçün sevilən şəxs olsa da, insan haqları müdafiəçiləri, sülh fəalları və müsəlmanlar üçün mənfur bir simadır. Elə buna görə də Tramp və Netanyahunun ardınca onun da səfərinin ləğv edilməsi üçün petisiya başladılıb. Və indiyə kimi 12 mindən çox insan onu imzalayıb.

Şərh yaz


Məxfi kod
Yenilə