Çərşənbə axşamı, 23 Yanvar 2018 12:43

ABŞ dövlətinin tətili müvəqqəti olaraq başa çatıb

ABŞ dövlətinin tətili müvəqqəti olaraq başa çatıb

Amerika konqresinin nümayəndələr palatasının və senatın rəyi ilə bu ölkə dövlətinin tətili müvəqqəti olaraq başa çatıb.

Amerika konqresinin nümayəndələr palatasında və senatda müvəqqəti büdcə layihəsinin qəbul olunması və Donald Trampın onu imzalaması ilə federal dövlətin tətili, təqribən üç gündən sonra müvəqqəti olaraq başa çatıb.

Amerika konqresinin nümayəndələr palatası dünən 150 əleyhinə səs qarşılığında 266 lehinə səslə 2018-ci il fevralın səkkizinədək dövlət xərclərinin təmin edilməsi layihəsini qəbul edib.

Onun ardınca senatorlar da bu haqda razılığa gəliblər və müvəqqəti büdcə layihəsini on səkkiz əleyhinə səs qarşılığında səksən bir lehinə səslə qəbul ediblər.

Amerika konqresinin nümayəndələr palatası bundan öncə də dövlətin işinin fevralın 16-dək davam etməsi üçün oxşar layihə qəbul etmişdi ki, bu layihə senatda səs qazanmadı və bu vəziyyət federal dövlətin şənbə günündən etibarən tətil edilməsilə nəticələndi.

Şərh yaz


Məxfi kod
Yenilə