Çərşənbə axşamı, 23 Yanvar 2018 12:42

Qrip 23 ekvadorlunun həyatına son qoyub

Qrip 23 ekvadorlunun həyatına son qoyub

Ekvador səhiyyə nazirinin müavini bildirib ki, bu ölkədə donuz qripi epidemiyası nəticəsində indiyədək iyirmi iki nəfər, "H3N2" virusuna yoluxma nəticəsində isə bir nəfər həyatını itirib.

Karlos Duran bir mətbuat konfransında bildirib ki, bu şəxslərin ölümü ötən milad ilinin 19 noyabrından cari milad ilinin 20 yanvarınadək və əksər hallarda Ekvadorun paytaxtı Kitonun yaxınlığında yerləşən Piçinça əyalətində baş veribdir.

Bu səhiyyə rəsmisi qeyd edib ki, indiyədək Ekvadorda qrip virusuna 497 yoluxma halı qeydə alınıb.

Donuz qripi ilk dəfə 2009-cu ildə Ekvadorda aşkar edilibdir.

Bu ölkənin bəzi hissələri intensiv yağıntılara, eləcə də güclü şaxtalara və sərt qışa malikdirlər. Bu durum da qrip virusunun yayılmasına əlverişli şərait yaradır. 

Şərh yaz


Məxfi kod
Yenilə