Çərşənbə axşamı, 23 Yanvar 2018 12:42

Venesuela Avropanın Karakasa qarşı sanksiyalarını tənqid edib

Venesuela Avropanın Karakasa qarşı sanksiyalarını tənqid edib

Venesuela hökuməti Avropa İttifaqının bu ölkənin yeddi rəsmisinə qarşı sanksiyalarını pisləyib və onu Vaşinqtonun Karakasa qarşı düşmənçilik siyasətləri istiqamətində dəyərləndirib.

Venesuelanın Xarici İşlər Nazirliyi dünən bir bəyanatda bildirib ki, Avropa İttifaqı özünün bu hərəkətilə ABŞ-ın maraqlarının xidmətində olduğunu göstərdi.

Venesuela Xarici İşlər Nazirliyi bu bəyanatda vurğulayıb: Avropa İttifaqı sübut etdi ki, Donald Trampın irqçi hökumətindən asılıdır.

Avropa İttifaqı dünən səhər, insan haqlarının pozulması bəhanəsilə Venesuelanın daxili işlər naziri, kəşfiyyat təşkilatının rəhbəri, baş prokuroru, seçkilərə nəzarət təşkilatının sədri və hakim sosialist partiyasının iki nömrəli şəxsi daxil olmaqla bu ölkənin yeddi rəsmisini boykot etdi.

Şərh yaz


Məxfi kod
Yenilə