Çərşənbə axşamı, 23 Yanvar 2018 12:41

BMT TŞ-nin Suriya hadisələri barədəki iclası nəticəsiz qalıb

BMT TŞ-nin Suriya hadisələri barədəki iclası nəticəsiz qalıb

BMT Təhlükəsizlik Şurasının Suriya hadisələrini araşdırmaq üzrə iclası konkret bir nəticə əldə etmədən başa çatıb.

BMT Təhlükəsizlik Şurasının Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatı araşdırmaq üzrə iclası bu gün müştərək bəyanat yaymadan başa çatıb.

Fransanın xahişi ilə və Afrin məntəqəsindəki durumu araşdırmaq üçün keçirilmiş bu iclasda Türkiyənin həmin məntəqədəki əməliyyatı barədə bir bəyanat yayılmayıb.

Bu iclasda Fransanın BMT-dəki səfiri Fransua Delater ölkəsinin Türkiyə başçılarını təmkinliliyə çağıran mövqeyini təkrar edib.

ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heyli də həmin ilcasda iştirak edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə