Cümə, 19 Yanvar 2018 22:06

Nigeriyalı tələbələr Şeyx Zəkzəkinin azadlığa buraxılmasını tələb etdi+Foto

Nigeriyalı tələbələr Şeyx Zəkzəkinin azadlığa buraxılmasını tələb etdi+Foto

Nigeriyalı tələbələr paytaxt Abucada küçələrə çıxaraq, ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx Zəkzəkinin azadlığa buraxılmasını tələb ediblər.

 Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, Şeyx İbrahim Zəkzəkinin həbsdə saxlanılmasının qanunsuz olduğunu vurğulayan tələbələr, hökumətddən Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barəsində verdiyi qərarı icra etməsini tələb ediblər.

 Tələbələrin mitinqi vətəndaş cəmiyyətləri ilə qeyri-hökumət təşkilatları tərəfindən reallaşan “Sona qədər möhkəm dayan” adlı bir kampaniya çərçivəsində keçirilib.

 Xatırladaq ki, Nigeriyanın vətəndaş cəmiyyəti ilə qeyri-hökumət təşkilatları Şeyx Zəkzəkinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələbilə yanvarın 17-dən etibarən ölkədə 3 həftəlik oturaq aksiyasına da başlayıb.

Şərh yaz


Məxfi kod
Yenilə