Nigeriya xalqı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması üçün ölkənin bir çox şəhərində Nigeriya rejiminə qarşı mitinq keçirib.
" İslamicmovement xəbər verir ki, paytaxt Abuca başda olmaqla ölkənin Kano, Kaduna, Zariya kimi bir çox şəhərində küçəyə çıxan nigeriyalı müsəlmanlar Şeyx Zəkzəki və xanımı barədə federal ali məhkəmənin qəbul etdiyi qərarın icra olunmasını və şeyxin dərhal azadlığa buraxılmasını tələb ediblər. Nümayişçilər Şeyx Zəkzəkinin heç bir ittiham irəli sürülmədən həbsdə saxlnılmasının onun səhhətinə pis təsir etdiyini və şeyxin səhhətinin pisləşməsinə görə Nigeriya rəhbərliyinin məsuliyyət daşıdığını bildiriblər.
Nümayişçilər tələbləri yerinə yetirilənə qədər etirazlarına davam edəcəklərini bildiriblər.