Çərşənbə, 17 Yanvar 2018 13:55

Talibanın Əfqanıstanda bazara hücumu nəticəsində 45 nəfər yaralanıb

Talibanın Əfqanıstanda bazara hücumu nəticəsində 45 nəfər yaralanıb

Əfqanıstanın şimalındakı Fəryab vilayətinin Xoca Sebzpoş rayonunda Taliban yaraqlılarının minaatanla həyata keçirdiyi hücumda 5 dinc sakinin həlak olduğu, 45 nəfərin isə yaralandığı bildirilib.

Deyerler.org xəbər verir ki, Xoca Sebzpoş rayonunun icra başçısı Abdullah Məsumi Anadolu agentliyinin müxbirinə verdiyi açıqlamasında, Taliban üzvlərinin rayon mərkəzinə minaatandan hücum təşkil etdiyini təsdiq edib. O, yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu qeyd edib.

Məsumi hücumun rayon mərkəzində təşkil olunan bazarda bölgə sakinlərinin alış-veriş etmək üçün gəldiyi vaxt baş verdiyi bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə