Bazar, 14 Yanvar 2018 05:21

İŞİD Nigeriyada terror aktlarının məsuliyyətini üzərinə götürüb

İŞİD Nigeriyada terror aktlarının məsuliyyətini üzərinə götürüb

İŞİD terror qruplaşmasının törəməsi olan bir terror dəstəsi Nigeriyada həyata keçirilən bir sıra terror hücumlarının məsuliyyətini üzərinə götürüb.

Qara qitədə İŞİD-in törəməsi olan Əbu Əl-Vəlid  Əl-Səhraviyə bağlı terror qruplaşması cümə axşamı fransızların hərbi kontingentinə edilən hücumun və xüsusilə Mali və Burkinafasu ilə sərhəd məntəqədə həyata keçirilmiş bir sıra digər terror aktının məsuliyyətini öz üzərinə götürüb. 

Bu məlumata görə, Əl-Səhravinin dəstəsi ötən ilin 4 oktyabrında da Nigeriyanın paytaxtından 120 km aralıda həyata keçirdiyi hücum aktında 4 ABŞ hərbçisini və 4 Nigeriya hərbçisini öldürmüşdü. 

Avrika Birliyinin sülh və təhlükəsizlik komissiyası bir müddət öncə İŞİD-in Afrikalı üzvlərinin yenidən bu qitəyə qayıtmaları ehtimalı barədə xəbərdarlıq etmişdi. 

Bu komissiya İŞİD-çilərin İraq və Suriyadan Afrikaya qayıtmalarını bu qitədə sülh və təhlükəsizlik üçün ciddi təhdid hesab edir. Və bu fenomen ilə mübarizəyə, Afrika ölkələrinin bu xüsusda bir-biriləri ilə əməkdaşlıq etmələrinə təkid edir. 

Şərh yaz


Məxfi kod
Yenilə