Şənbə, 13 Yanvar 2018 23:14

Şimali və Cənubi Koreya liderləri yanvarın 15-i görüşəcək

Şimali və Cənubi Koreya liderləri yanvarın 15-i görüşəcək

Şimali və Cənubi Koreya liderlərinin ixtilaflı məsələləri müzakirə etmək üçün yanvarın 15-i görüşəcəyi bildirilib.

 

Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın Yonhap xəbər agentliyi Koreya yarımadasının düşmən qardaşlarının yanvarın 15-i Tongildə görüşəcəklərini xəbər verib.

 

Yanvarın 9-u iki fasilədən sonra Panmunjomdakı sərhəd məntəqəsində yüksək səviyyəli rəsmilərinin keçirdiyi görüşdə, Şimali Koreyalı idmançıların Cənubi Koreyadakı Qış olimpiya oyunlarına getmələrinə qərar verilmişdi. Atletlərlə yanaşı, yüksək səviyyəli rəsmilərin də Cənubi Koreyaya səfər edəcəyi bildirilmişdi.

 

Cənubi Koreyanın Pyeonqçanq şəhərində fevralın 9-da başlayacaq Qış olimpiya oyunları 25 fevral tarixində başa çatacaq.

Şərh yaz


Məxfi kod
Yenilə