Bazar, 07 Yanvar 2018 14:27

Binəli Yıldırım İranın səbatlı ölkə olduğunu vurğuladı

Binəli Yıldırım İranın səbatlı ölkə olduğunu vurğuladı

Türkiyənin baş naziri İran İslam Respublikasının çox yaxşı sabitliyə malik olduğunu deyib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin baş naziri Binəli Yıldırım şənbə günü hakim Ədalət və İnkişaf Partiyasının Kırşehirdə keçirilən 6-cı Konqresində deyib: İranın sabitliyi və təhlükəsizliyi Türkiyə və region üçün çox önəmlidir. 

Binəli Yıldırım İran İslam Respublikasının daxili məsələlərinə istənilən xarici müdaxiləni tənqid edərək, deyib: Əcnəbilərin müdaxiləsi İranda gərginlik yaratmaq və bu ölkəni təhlükəsizlik böhranına sürükləmək üçündür. Və İranın dini liderinin tərəfdarları bu kimi fitnələri zərərsizləşdirəcəklər. 

Türkiyənin baş naziri Ankaranın regionda sabitlik və təhlükəsizliyin tərəfdarı olduğunu, heç bir ölkənin gərginlik və böhrandan faydalanmadığını deyərək, bəzi çirkin niyyətə malik tərəflərin regiona tamah gözü ilə baxdığını bildirib. 

Şərh yaz


Məxfi kod
Yenilə