Cümə, 15 Dekabr 2017 22:22

Trampın köməkçisi Nyuman: "Ağ Evdə gördüklərimi danışsam..."

Trampın köməkçisi Nyuman: "Ağ Evdə gördüklərimi danışsam..."

Tanınmış televiziya ulduzu, ABŞ prezidenti Donald Trampın köməkçisi Omarosa Maniqol Nyumanın vəzifədən çıxmadığı, məhz qovulduğu iddia edilib.

 Axar.az xəbər verir ki, Nyumanın xüsusi xidmət orqanları tərəfindən Ağ Evdən çıxarıldığı və kartının ləğv edildiyi informasiyası yayılıb.

 Nyuman özü isə qovulması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

 “Ağ Evdəki yeganə afroamerikalı qadın olaraq prezidentin köməkçisi kimi çalışdım. Gördüyüm şeylər məni həddən artıq narahat etdi, mənə dərin və emosional təsir bağışladı. Hekayəmi danışa bilsəm, dünyanın eşitmək istədiyindən daha artığını deyəcəyimi bilirəm”, - Nyuman deyib.

 Qeyd edək ki, Ağ Evdə İctimaiyyətlə Əlaqələr şöbəsində kommunikasiyalar üzrə direktor vəzifəsində çalışan Nyumanın 2018-ci ilin yanvarın 20-də rəsmi şəkildə öz postundan ayrılacağı bildirilir.

Şərh yaz


Məxfi kod
Yenilə