Cümə axşamı, 14 Dekabr 2017 12:14

Beyt-Ləhmdə Trampın qərarına etiraz aksiyası

Beyt-Ləhmdə Trampın qərarına etiraz aksiyası

ABŞ prezidentinin işğal olunmuş Qüdsü sionist rejimin paytaxı kimi rəsmən tanınmasına dair qərarı əleyhinə Beyt-Ləhmdə etiraz aksiyaları davam etməkdədir.

Ötən həftə Trampın işğal olunmuş Qüds haqdakı qərarı ardınca, Beyt-Ləhmdə etiraz aksiyaları çərşənbə günü də davam edib. Etiraz aksiyalarında azı iki nəfər sionist rejim hərbçiləri tərəfindən yaralanıb. 

Etiraz aksiyaları İordan çayının qərb sahilində, işğal olunmuş Qüdsün şərqində, Qəzzə zolağı və digər müsəlman və ərəb ölkələrində davam etməkdədir. 

Çərşənbə günü Türkiyədə Trampın bu qərarı əleyhinə aksiya keçirilib. Etirazçılar Fələstin xalqına dəstək üzrə plakatlar daşıyaraq Trampın qərarına etirazlarını bildiriblər. 

Şərh yaz


Məxfi kod
Yenilə