Cümə axşamı, 14 Dekabr 2017 12:12

ABŞ-ın Suriyaya hava hücumunda onlarla nəfər həlak olub və yaralanıb

ABŞ-ın Suriyaya hava hücumunda onlarla nəfər həlak olub və yaralanıb

ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə beynəlxalq koalisiya"nın Suriyanın şərqinə hava hücumlarında bir qrup suriyalı həlak olub.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə beynəlxalq koalisiya"nın Suriyanın şərqində Deyruz-Zur vilayətində bir kəndə hava hücumları nətiəsində 23 sivil həlak olub. 

Suriya İnsan Haqları Gözətçisi Təşkilatı təsdiqləyib ki, ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə beynəlxalq koalisiya"nın İŞİD-in nəzarət etdiyi kəndə hava hücumları nəticəsində 23 sivil həlak olub. 

Məlumatlara görə, bu qüvvələrin Suriyada hava hücumları nəticəsində indiyə qədər yüzlərlə suriyalı həlak olub və yaralanıb. 

Suriya hökuməti ötən üç ildə ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə beynəlxalq koalisiya"nın funksiyasını tənqid edərək bu koalisiyanı terror qruplarını dəstəkləmək və Suriya vətəndaşlarını qırğın etməkdə suçlayıb. 

Şərh yaz


Məxfi kod
Yenilə