Bazar, 19 Noyabr 2017 11:59

ABŞ-ın İsrail rejimi ordusuna maliyyə yardımı

ABŞ-ın İsrail rejimi ordusuna maliyyə yardımı

ABŞ Konqresi İsrail rejiminə hərtərəfli dəstəklərin davamında bu rejimə 705 milyon dollarlıq yardımı təsdiqləyib.

İRİB-in məlumatına görə, ABŞ Konqresi bu maliyyə yardımın müharibə dövrü üçün proqnoz olunan büdcədən təmin olunmasını təsdiqləyib. 

Ağ Ev nəzərdə tutulan rəqəm və bu maliyyə yardımına qarşı çıxmadan onun ABŞ ordusunun hərbi hazırlığı üçün ayrılan büdcədən təmin olunmasının əleyhinə idi. 

ABŞ Konqresinin qərarına əsasən, 705 milyon dollarlıq yardım ABŞ və İsrail rejimi orduları arasında raket əməkdaşlıqları çərçivəsində baş tutacaq. 

ABŞ hökuməti son vaxtlar İsrail rejiminə dəstək üzrə başqa bir hərəkətdə, Fələstin Azadlığı Uğrunda Təşkilata xəbərdarlıq edib ki, İsrail rejimi ilə təslimçi saziş müzakirələrində ciddi şəkildə iştirak etsin. Belə olmadığı halda, bu təşkilatın Vaşinqtondakı fəaliyyət icazəsinin müddəti uzadılmayacaq. 

Fələstin qrupları ABŞ-ın bu təhdidinə reaksiyada bildiriblər ki, Vaşinqtonun İsrail rejiminin cinayətlərinə və ekspansionistliyinə hərtərəfli dəstəklərinə rəğmən bu rejim və ABŞ-ın tələblərinə boyun əyməyəcəklər. 

Şərh yaz


Məxfi kod
Yenilə