Bazar, 19 Noyabr 2017 11:58

BMT Baş Assambleyasında xalqların öz müqəddəratını təyinetmə hüququ qətnaməsi təsdiqlənib

BMT Baş Assambleyasında xalqların öz müqəddəratını təyinetmə hüququ qətnaməsi təsdiqlənib

BMT qətnamə təsdiqləyrək öz müqəddəratını təyin etmək üçün xalqların hüququnun rəsmən tanınmasının zəruriliyini vurğulayıb.

Hindistanda çıxan Times qəzetinin məlumatına görə, BMT insan haqlarına etibarlı zəmanət verən əsaslı şərt olaraq xalqların müqəddəratını təyinetmə hüququ haqda Pakistanın təklif etdiyi qətnaməni təsdiqləyib. 

75 ölkənin dəstəklədiyi bu qətnamə 193 üzvü olan Baş Assambleyanın 3-cü komitəsində səsvermə olmadan təsdiqlənib. 

Bu komitə mədəni, insani və ictimai məsələlərlə məşğul olur. 

Baş Assambleyanın gələn ayda təsdiqlənməsi üçün qətnaməni səsverməyə çıxaracağı gözlənilir.

Şərh yaz


Məxfi kod
Yenilə