Bazar, 22 Oktyabr 2017 14:47

“2019-cü ildə bəzi kirli əməliyyatlara şahid olacağıq” - Türkiyə baş nazirinin müavinindən qorxunc açıqlama

“2019-cü ildə bəzi kirli əməliyyatlara şahid olacağıq” - Türkiyə baş nazirinin müavinindən qorxunc açıqlama

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ 2019-cu ildə ölkəsinin sıxıntılı və ağır günlər keçirəcəyini deyib.

O, “Görəcəksiniz, Türkiyədə bir çox kirli əməliyyatlara şahid olacaqsınız” deyə qeyd edib.

Musavat.com xəbər verir ki, B.Bozdağ bu sözləri Ağrı Mədəniyyət və Konqres Mərkəzində təşkil edilən konfransdakı çıxışı zamanı deyib.

Türkiyə iqtisadiyyatı haqqında müsbət fikirlər söyləyən B.Bozdağ iqtisadiyyatın çökməmə səbəblərini də izah edib: “Niyə çökmür iqtisadiyyatımız, bilirsiniz? Yaxşı bir atalar sözü var: “At sahibinə görə kişnəyər”. Siz ata sahibini mindirdiniz. Rəcəb Tayyib Ərdoğanı bu ata siz çıxardınız. At zirvəyə qalxdı, bu atı durdurmağa heç kəsin gücü yetməz”.

2019-cu ildə Türkiyədə baş tutacaq prezident seçkilərində bəzi hadisələrin yaşanacağının anonsunu verən B.Bozdağ bunları qeyd edib: “Çevrilişə cəhd zamanı yox edə bilmədikləri Ərdoğanı və onun yaxın ətrafını bu xalqın əli ilə vurmaq istəyirlər. Hesab-kitab işidir, bu... Bu işin içində sadəcə, K.Kılıçdaroğlu yox, bütün dünya var. Ey əziz millətim sizlərdən soruşuram, 2019-cu ildə liderimizi xainlərə yedirəcəyikmi? Yoxsa sonuna qədər dəstəkmi olacağıq? Onlar bunu anlamalıdırlar ki, bizim millət birisini sevdimi, ona qucaq açdımı ona sona qədər sahib çıxar. 2019-cu ildə özünüz də şahidi olacaqsınız. Türkiyədə seçicilərin, bir çox insanların iradəsini qırmaq üçün kirli əməliyyatlara əl atacaqlar. FETÖ bir yandan. PKK bir yandan... Hətta bu kirli əməliyyatlara bəzi ölkərin kəşfiyyat orqanlarının da qoşulma ehtimalı var. Hansı ki, o kəşfiyyat orqanları hazırda ölkəmizdəki bəzi yerli media orqanlarına və terrorçu qruplara dəstək verirlər”.

Şərh yaz


Məxfi kod
Yenilə