Bazar, 22 Oktyabr 2017 14:45

Kataloniya rəhbəri parlamenti Madridə qarşı cavab tədbirlərini müzakirə etməyə çağırıb

Kataloniya rəhbəri parlamenti Madridə qarşı cavab tədbirlərini müzakirə etməyə çağırıb

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon muxtariyyət parlamentini Madridin son qərarına cavab tədbirlərini müzakirə etməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, K.Puçdemonun bəyanatında deyilir: “Özünüidarəetmə və demokratiyanı ləğv etmək cəhdini müzakirə edərək müvafiq addımlar atmaq üçün parlamentdən plenar iclas keçirməyi xahiş edirəm. Kataloniya xalqı təhlükə ilə üzləşib, təsisatlarımızı dinc və sivil şəkildə müdafiə etməliyik.

Qeyd edək ki, İspaniyanın Nazirlər Şurası keçirdiyi təcili iclasda Konstitusiyanın Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edib.

Nazirlər Kabinetinin qərarı Kataloniya hökumətinin idarəçilikdən kənarlaşdırılmasını, bölgədə növbədənkənar parlament seçkilərinin keçirilməsini nəzərdə tutur.

Şərh yaz


Məxfi kod
Yenilə