Cümə, 13 Oktyabr 2017 11:53

Pentaqon ABŞ-la Türkiyə arasındakı viza böhranına münasibət bildirdi

Pentaqon ABŞ-la Türkiyə arasındakı viza böhranına münasibət bildirdi

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi polkovnik Robert Menninq Türkiyə ilə ABŞ-ın viza prosedurlarını qarşılıqlı dondurması üzərinə yaranan böhranın Amerika ordusunun Türkiyədəki əməliyyatlarına təsir etmədiyini bildirib.

İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, Menninq Pentaqonda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Türkiyə ilə ABŞ arasında viza prosedurlarının qarşılıqlı olaraq təxirə alınması barədə Xarici İşlər Nazirliyinin daha ətraflı məlumatlara sahib olduğunu bildirən Menninq, "Türkiyə güclü bir koalisiya həmkarıdır və yaxın bir NATO müttəfiqimizdir. Bu proseslərin oradakı əməliyyatlarımız və şəxsi heyətimizə təsir etmədiyini təsdiq edirəm",- deyib.

Mətbuat katibi belə davam edib:

"İncirlikdəki Türk Hava Qüvvələri mənsubları NATO və koalisiya çərçivəsindəki mühüm rolunu icra etməyə davam edir. İncirlik və Türkiyənin digər bazalarından aparılan İŞİD əleyhinə əməliyyatlarımız türk müttəfiqlərimizlə yaxın koordinasiya və tam dəstəkləri ilə davam edir. Bizim birgə və ayrı əməliyyatlarımız da yenə yaxından koordinasiya ilə davam edəcək".

Şərh yaz


Məxfi kod
Yenilə