Cümə, 13 Oktyabr 2017 11:47

Tereza Mey-dən nüvə anlaşmasına dəstək bəyanatı

 Tereza Mey-dən nüvə anlaşmasına dəstək bəyanatı

Britaniyanın baş naziri Tereza Meyin ofisi bu ölkə hökumətinin nüvə anlaşmasını himayə və anlaşma qarşısındakı öhdəliklərin icrası barədə aydın mövqeyə malik olduğunu bildirib.

Röyters-in məlumatına görə, Tereza Meyin ofisi cümə axşamı bildirib: London hökuməti İran ilə nüvə anlaşmasını himayə üzrə aydın mövqeyə malikdir və Britaniya ABŞ-ın bu anlaşmadan çıxmasının nəticələri barədə ehtimallar haqda təxminlər etmək kimi bir niyyətə malik deyil. 

Britaniyanın xarici işlər naziri Boris Conson da çərşənbə axşamı İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını beynəlxalq bir uğur adlandırıb və Londonun bu anlaşmanın qorunmasında qətiyyətli olduğunu bildirib. 

Şərh yaz


Məxfi kod
Yenilə