Bazar, 03 Sentyabr 2017 16:55

Myanma ordusunun Ruhinqa müsəlmanlarına qarşı dəhşətli cinayətləri

Myanma ordusunun Ruhinqa müsəlmanlarına qarşı dəhşətli cinayətləri

Şahidlərin verdikləri məlumatlara görə, Myanma ordusu Ruhinqa müsəlmanlarını ən dəhşətli və amansız formada qırğın etməklə məşğuldur.

İRİB-nin verdiyi məlumata görə, uşaqların başlarının kəsilməsi və müdafiəsiz insanların diri diri yandırılması ilə bağlı məlumatların daxil olmasının ardınca Myanmada müsəlmanlar əleyhinə kütləvi cinayətlərini törədilməsi ilə bağlı narahatlıqlar artmağa başlayıb.

Mərkəzi ofisi Bankokda yerləşən "Fortify Rights" insan haqları qrupu cümə günü bir hesabat yayaraq, Ratedanq məntəqəsində yerləşən Çut Pin kəndində müsəlmanlara qarşı dəhşətli cinayətlərin törədilməsindən xəbər verib.

Hadisə şahidlərinin dediklərinə görə, Myanma hərbçiləri uşaqların başlarını kəsir və insanları diri diri yandırırlar. Bu şahidlərin dediklərinə görə, Myanma hərbçiləri Raxin vilayətində müsəlmanların yaşadıqları kəndlərdə təqribən 200 kişi, qadın və uşağı qətlə yetiriblər.

"Fortify Rights"  şahidlərə istinadla bildirib: Myanma hərbçiləri çoxlu sayda müsəlmanı bambukdan hazırlanmış evlərdə həbs edərək, daha sonra onları diri diri yandırırlar.

25 avqust tarixindən etibarən Myanma ordusu Raxin vilayətində Ruhinqa müsəlmanlarına qarşı amansız hücumlara başlayıb. İndiyə kimi 400 müsəlmanın amansız şəkildə qətlə yetirildiyi bildirilir. 60 mindən çox müsəlman üçün isə soyqırımından amanda qalmaq üçün Banqladeşə sığınıb.

Şərh yaz


Məxfi kod
Yenilə