Şənbə, 12 Avqust 2017 16:26

ABŞ və Çin razılaşdı: Təxribata son qoyun!

ABŞ və Çin razılaşdı: Təxribata son qoyun!

ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Szinpin telefon danışığı zamanı Şimali Koreyanın təxribatlara son qoymalı olduğu barədə həmfikir olduqlarını bildiriblər.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Bəyanatda prezidentlərin bir-biri ilə yaxın münasibətdə olduqları və bunun Şimali Koreya probleminin həllində mühüm rol oynaya biləcəyi bildirilib. Prezidentlər həmçinin Şimali Koreyanın təxribatlardan və işğalçı davranışlardan çəkinməli olduğunu qeyd ediblər. Donald Tramp və Si Szinpinin telefon danışığı zamanı hər iki prezident Koreya yarımadasının denuklearizasiyası ilə bağlı öhdəliklərinin olduğunu qəbul ediblər.

Qeyd edək ki, Şimali Koreya BMT-nin qətnamələrinə məhəl qoymayaraq raket sınaqlarını davam etdirir.

Şərh yaz


Məxfi kod
Yenilə