Cümə, 19 May 2017 10:27

Misirdə “Müsəlman qardaşlar” hərəkatının 8 üzvü edam olunacaq

Misirdə “Müsəlman qardaşlar” hərəkatının 8 üzvü edam olunacaq

Misirin Damanxur şəhər məhkəməsi (Buheyra əyaləti) “Müsəlman qardaşlar” hərəkatının yerli təşkilatının 8 üzvü barəsində polis şöbəsinə hücum etdiklərinə görə ölüm hökmü çıxarıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hökm təsdiqlənməsi üçün Misir müftisinə təqdim edilib.

İstintaq materiallarına əsasən, müqəssir hesab edilən şəxslər 2015-ci ildə Damanxur şəhər polis şöbəsində hücum edərək bir asayiş keşikçilərindən birini yaralayıblar. Onlar həmçinin partlayıcı qurğu və silahlardan istifadə etməklədigər diversiya xarakterli cinayətlər törətməkdə ittiham olunurlar.

Şərh yaz


Məxfi kod
Yenilə