Cümə, 14 Yanvar 2022 16:26

HRW ABŞ-dakı irqçiliyi tənqid edib

HRW ABŞ-dakı irqçiliyi tənqid edib

Human Rights Watch təşkilatı 2022-ci ilin başlanğıcında yaydığı beynəlxalq məlumatda ABŞ prezidenti Co Baydenin hökumətinin insan hüquqlarına dəstək prosesini tənqid edib və onu nigaranedici adlandırıb.

İRİB-nin məlumatına əsasən, Human Rights Watch təşkilatının bu barədə öz vebsaytında yaydığı məlumata əsasən, Bayden hökuməti insan hüquqlarını himayə iddiasına rəğmən, Birləşmiş Ştatlarda cinsi və irqi ayrı-seçkiliklərin irəlilədilməsində say inkişafına malik olub.

Human Rights Watch-ın Birləşmiş Ştatlarda insan hüquqları üzrə icra direktoru Nikol Austin Hiller bu haqda belə deyib: Birləşmiş Ştatlarda qaradərililər hələ sistematik rasizmdən irəli gələn nəzərəçarpacaq iqtisadi bərabərsizlikdən əziyyət çəkirlər ki, bu da gələcək nəsillərə təsir göstərir.

Məlumatın davamında deyilir: Sərhəd siyasətləri sığınacaq haqqını aradan götürüb. Halbuki Amerikanın sərhəd rəsmiləri miqrantları təhqiredici və zorakı rəftarlara məruz qoyurlar.

Bu məlumata görə, qaradərililərin zindana salınmaları və ABŞ-da insan hüquqlarının pozulmasının göstəricilərindən olan sistematik rasizm davam etməkdədir.

Polis tərəfindən qaradərililərin öldürülməsinin miqdarı ağdərililərlə müqayisədə üç dəfə çoxdur və Afrika mənşəli qaradərililər Amerika əhalisinin 12,4 faizini təşkil etsələr də bu ölkədə edam olunanların 42%-i qaradərilidir.

Qaradərili, latın və yerli cəmiyyətlər həmçinin korona epidemiyasından qeyri-mütənasib şəkildə zərər çəkiblər ki, bu da Amerikada sərvətin toplanması, təhsil, məşğulluq, sağlam suya əlçatanlıq, mənzil və səhiyyə imkanlarından istifadə sahələrində mövcud olan irqi bərabərsizlikləri daha da dərinləşdiribdir.

Human Rights Watch təşkilatının məlumatına görə, qaradərililərlə ağdərililər arasındakı sərvət fərqi davam etməkdədir.

Şərh yaz


Məxfi kod
Yenilə