Bazar, 24 Oktyabr 2021 20:37

Həratda xüsusi əməliyyat: 17 nəfər öldü

Əfqanıstanın Hərat əyalətində Taliban qüvvələri ilə silahlılar arasında baş verən qarşıdurmada 17 nəfər həlak olub.

Bu barədə RİA Novosti məlumat yayıb.

Ölənlər arasında qadın və uşaqların da olduğu deyilir.

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmisi Qari Səid Hosti bildirir ki, Taliban dəstələri Həratda adam oğurluğu ilə məşğul olan cinayətkarlara qarşı xüsusi əməliyyat keçirib:

“Talibanın xüsusi qüvvələri onların olduğu evi mühasirəyə alıb və nəticədə atışma baş verib. 3 cinayətkarı məhv etməyə müvəffəq olduq”.

Şərh yaz


Məxfi kod
Yenilə