Bazar, 24 Oktyabr 2021 17:17

Avropa Birliyi Kabildə nümayəndəlik açmaq istəyir

Avropa Birliyi Kabildə nümayəndəlik açmaq istəyir

Avropa Birliyi xarici fəaliyyət xidməti bir ay ərzində Əfqanıstandakı diplomatik nümayəndəliyini yenidən açmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Faynənşl Tayms” qəzeti məlumat yayıb.

Məlumata görə, bu məsələ ilə bağlı yekun qərar təhlükəsizlik müzakirələri əsasında veriləcək. Brüsseldən nümayəndə heyəti bu ölkədəki real vəziyyəti qiymətləndirmək üçün sentyabrda Əfqanıstana səfər edib.

Nəşr qeyd edib ki, Avropa İttifaqı Kabildəki diplomatik missiyasının işinin bərpasında maraqlıdır, çünki bu, humanitar yardımın daha effektiv şəkildə göstərilməsinə və təxliyələrin həyata keçirilməsinə imkan verəcək. Qəzetin vurğuladığı kimi, son bir ay ərzində Aİ Taliban hərəkatının nümayəndələri ilə danışıqlar aparmağa çalışıb ki, diplomatik missiyanın təhlükəsizliyini ya özəl mühafizə şirkətlərinin işçiləri, ya da Rusiya Federasiyasının əməkdaşları tərəfindən təmin edilməlidir. Lakin Kabil güzəştə getməkdən imtina edərək bildirib ki, binanı yalnız Taliban qoşunları qoruya bilər.

Şərh yaz


Məxfi kod
Yenilə