Cümə axşamı, 21 Oktyabr 2021 14:57

Türkiyədə MOSSAD casusları həbs olunub

Türkiyədə MOSSAD casusları həbs olunub

Türkiyə mediaları bu gün səhər xəbər veriblər ki, bu ölkənin kəşfiyyat təşkilatı sionist rejimin casusluq təşkilatı- MOSSAD-ın tabeliyində olan bir qrupun üzvlərini həbs edib.

İRİB-nin məlumatına əsasən,Sabah qəzeti bildirib ki, on beş nəfərdən ibarət olan qeyd olunan qrup Türkiyədə casusluq edirmiş.

Bu məlumata görə, bir il sürən bu sirli əməliyyatda Türkiyə ərazisindəki MOSSAD şəbəkəsi məhv edilib.

Sabah qeyd edib ki, bu sionist qrupun məqsədi, Türkiyə vətəndaşlarından, bu ölkədə yaşayan şəxslər və xarici tələbələrdən məlumatın toplanması və onlardan casusluq edilməsi olub.

Qeyd olunan şəxslər üç nəfərlik dəstələrə bölünübmüşlər. Türkiyənin kəşfiyyat təşkilatı onların hərəkətlərini izlədikdən sonra oktyabrın yeddisində keçirdiyi gizli bir əməliyyatda bütün bu on beş nəfəri həbs edib.

Qəzetin bildirdiyinə görə, onun əldə etdiyi məlumatlar göstərir ki, həmin on beş nəfərin istintaq edilməsindən sonra məlum olubdur ki, onlar ərəb olublar və pul qarşılığında MOSSAD qüvvələri üçün informasiya göndərirmişlər.

İstintaq bitdikdən sonra təhqiqat geniş şəkildə davam edəcək və həmin şəxslərə qarşı cinayət işi açılacaq.

Sabah sonra bildirib ki, bu on beş nəfərdən sionist rejimlə bağlı mühüm sənəd və məlumatlar müsadirə olunub.

«A.P.» adlandırılan bu şəbəkənin mühüm üzvlərindən biri Türkiyə tərəfindən sionist rejimə qarşı fələstinlilərə təqdim olunan imkanlarla informasiya toplayırmış.

Bu məlumata əsasən, pul qarşılığında MOSSAD üçün işləyən A.P. MOSSAD-la bağlı yerli məsul şəxslərdən oaln A.Z. adlı bir şəxslə əlaqədə olub və ona informasiya göndəribdir. O, həmin informasiyaların müqabilində on minlərlə dollar pul alıbdır.

Sabah qəzeti daha sonra belə qeyd edib: Polis mərkəzlərində bu qrupun üzvlərindən bəzilərinin itməsi barədə məlumatlar qeydə alınıb. Bu şəxslər informasiyaları ötürmək üçün Xorvatiya və İsveçrə kimi ölkələrə səfər edibmişlər.

Bu məlumata görə, əldə olunan informasiyalar parol qoyulmuş proqramlar formasında gizli surətdə sionist rejimin casusluq orqanının başçılarına göndərilirmiş.

Məlumatın sonunda deyilir ki, bu qrup həmçinin Türkiyədə fəaliyyət göstərən təşkilat və orqanlardan informasiyalar toplayır və onları MOSSAD-a göndərirmiş.

Şərh yaz


Məxfi kod
Yenilə