Çərşənbə, 13 Oktyabr 2021 20:27

Ağ Ev: "Əfqanıstanın aktivləri sərbəst buraxılmayacaq"

Ağ Ev: "Əfqanıstanın aktivləri sərbəst buraxılmayacaq"

Əfqanıstanın aktivlərinin dondurulması səbəbindən humanitar fəlakət astanasında olduğu bir halda Ağ Evin sözçüsü Vaşinqtonun bu aktivləri azad etmək niyyətində olmadığını söyləyib.

"Təsnim" xəbər agentliyinin məlumatına görə, Ağ Evin sözçüsü Cen Psaki bir Əfqanıstandakı humanitar böhranı müzakirə etmək üçün keçirilən G-20-nin fövqəladə toplantısından sonra bir mətbuat konfransında deyib ki, Vaşinqtonun Əfqanıstanın aktivlərinin sərbəst buraxılması ilə bağlı mövqeyində heç bir dəyişiklik olmayıb.

O, əlavə edib: "G-20 liderləri Əfqanıstan üzrə fövqəladə zirvə toplantısında bu ölkə xalqına birbaşa humanitar yardımların göstərilməsi üçün kollektiv öhdəliklərini vurğulayıblar, hansı ki, bundan əvvəl müstəqil beynəlxalq təşkilatlat tərəfindən qeyd olunmuşdu". 

Şərh yaz


Məxfi kod
Yenilə