Çərşənbə, 13 Oktyabr 2021 15:35

AEBA-nın baş direktoru: "Nüvə obyektlərinə edilən hücumlar pislənilməlidir"

AEBA-nın baş direktoru: "Nüvə obyektlərinə edilən hücumlar pislənilməlidir"

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi AEBA-nın baş direktoru verdiyi müsahibədə, İranın nüvə alimlərinin terror edilməsi və nüvə obyektlərində törədilən təxribatla bağlı passiv və gecikmiş bir mövqe nümayiş etdirərək, deyib: "Nüvə obyektlərinə edilən hər hansı bir hücum pislənilməlidir".

SəhərAzəri-nin məlumatına əsasən, Rafael Qrossi "Energy Intelligence" jurnalına verdiyi müsahibədə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının keçmişdə bununla əlaqədar bir neçə qətnamə qəbul etdiyini və bu məsələdə mövqeyinin çox aydın və şəffaf olduğunu bəyan edərək, əlavə edib: "Bu qətnamələrə görə, nüvə obyektlərinə edilən hər hansı bir hücum pislənilməlidir".

İranın Nətənz nüvə təsisatlarında törədilən təxribatlardan sonra, ölkənin Vyanadakı beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Kazim Qəribabadi bildirdi ki, agentliyin baş direktorundan Nətənzə edilən hücumla bağlı şəffaf mövqe sərgiləməklə yanaşı, bu terror aktını pisləməsini istəyib.  

Bu elə bir haldadır ki, agentliyin nizamnaməsinə əsasən, bu beynəlxalq təşkilat nəzarət missiyasından başqa, öz imkanlarından istifadə edərək, üzvlərin nüvə aktivlərini qorumağa və onlara dəyən hər hansı ziyanı izləməyə borcludur. Amma AEBA öz vəzifəsini yerinə yetirmədi və İranla bağlı laqeyd yanaşdı. Əslində agentlik və ona üzv ölkələr Nətənzdə törədilən təxribat və şəhid Fəxrizadənin terror edilməsi qarşısında heç vaxt adekvat reaksiya göstərmədilər. 

İran İslam Respublikası, məsuliyyətli bir ölkə olaraq, dəfələrlə bəyan edib ki, ABŞ-ın bütün sanksiyaları, yoxlanıla bilən şəkildə ləğv ediləcəyi təqdirdə nüvə anlaşması üzərindəki öhdəliklərinə geri dönəcək. 

Şərh yaz


Məxfi kod
Yenilə