Bazar, 10 Oktyabr 2021 11:33

Tatarıstanda təyyarə qəzayə uğrayıb+Video

Tatarıstanda təyyarə qəzayə uğrayıb+Video

Rusiya Federasiyasının Tatarıstan Respublikasında L-410 təyyarəsi qəzaya uğrayıb.

Riya Novostinin FHN regional idarəsinə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 20 paraşütçü və iki ekipaj üzvü olub.

KİV-lərin məlumatına görə hadisə nəticəsində ilkin məlumatlara əsasən 19 nəfər həlak olub, üç nəfər sağ qalıb. Hadisə yerində xilasetmə işləri davam etdirilir.

 L-410 regional xətlərdə uçuş üçün nəzərdə tutulmuş iki mühərrikli təyyarədir.

Xatırladaq ki, cari ilin sentyabr ayında İrkutsk vilayıtində analoji təyyarə sərt eniş edib. Həmin təyyarənin göyərtəsində olan 16 nəfərin dördü həlak olub, 12 nəfər isə xəsarət alıb.

Media

Şərh yaz


Məxfi kod
Yenilə