Cümə, 08 Oktyabr 2021 21:00

Əfqanıstanda məsciddə terror aktı: azı 100 nəfər həlak olub+Video

Əfqanıstanda məsciddə terror aktı: azı 100 nəfər həlak olub+Video

Əfqanıstanın Qunduz əyalətində cümə günü (8 oktyabr) Əhli-Beyt (ə) ardıcıllarına aid məsciddə törədilən partlayış nəticəsində həlak olanların sayı 50 nəfərə yüksəlib.

 

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, partlayış Qunduz vilayətinin mərkəzi Seyidabad şəhərinin Böyük Məscidində baş verib.

 

Partlayış nəticəsində ölənlərin sayı hələlik məlum deyil, ancaq hadisə şahidləri mediaya bildiriblər ki, partlayış nəticəsində ortalıqda xeyli sayda cəsəd var.

 

Talibanın sözçüsü Zəbihullah Mücahid Tvitter səhifəsindəki mesajında hadisənin təfərrüatları haqqında bunları yazıb: “Bu gün günorta saatlarında Qunduz vilayətinin Xan Abad rayonundakı şiə soydaşlarımızın məscidində partlayış baş verib, nəticədə bir çox soydaşımız şəhid olub və yaralanıb.

 Bölgədə xüsusi Taliban qrupu var və istintaq başladılıb”.

 AFP Sərhədsiz Həkimlərə istinadən xəbər verir ki, hadisə zamanı indiyə qədər 50 nəfər ölüb, 90-dan çox insan yaralanıb.

 Amma sosial şəbəkələrdə partlayış törədilmiş məsciddən çəkillən videolarda mülki vətəndaşlardan çoxlu itkilərin olduğu görünür.

 Bu arada, hadisə şahidləri indiyə qədər 100-dən çox cəsədin və yaralının Qunduz Xəstəxanasına aparıldığını söyləyirlər.

 Bu, Talibanın Əfqanıstanı nəzarətinə keçirməsindən sonra Qunduzda ilk partlayışdır.

Terrorun məsuliyyətini İŞİD üzərinə götürüb.

Media

Şərh yaz


Məxfi kod
Yenilə