Çərşənbə axşamı, 06 Aprel 2021 13:55

Azərbaycan və Türkiyə birgə təlimlərə başladı - Video

Azərbaycan və Türkiyə birgə təlimlərə başladı - Video

Təbriz Radiosu--Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb.

Bu barədə   Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.

Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunur.

Media

Şərh yaz


Məxfi kod
Yenilə