Cümə, 22 May 2020 20:57

Beynəlxalq Qüds Günü münasibətilə möhtəşəm onlayn-konfrans+Foto

Beynəlxalq Qüds Günü münasibətilə möhtəşəm onlayn-konfrans+Foto

Mübarək Ramazan ayının ictimai əhyası olan Qüds Gününü yaşayırıq.

 Bildiyimiz kimi, Ramazan ayının son cümə günü Beynəlxalq Qüds Günü olaraq keçirilir.

 İslamın bu əzəmətli günü münasibətilə böyük onlayn-konfrans təşkil edilmişdir.

 “Qarabağı və Qüdsü unutma!” onlayn-konfransında:

 - Qüds günü - Ramazan ayının ictimai əhyası;

- Sionist rejimin "paytaxtı"nın dəyişməsi fitnəsi baş tutdumu?

- Şuşanın işğalı günü daşnak qüvvələrinin "parad" fitnəsini necə aradan aparmaq olar?

- Suriya dərsləri: qalib və məğlub tərəflər;

- Yəmən müharibəsi ümmət daxilində hansı qütbləri müəyyənləşdirdi?

- Blokada fitnəsi: İrana qarşı iqtisadi və diplomatik təcrid siyasətinin nəticələri;

- Fələstin intifadasının "Böyük Qayıdış" mərhələsi;

- Əfqanıstanda siyasi sabitlik mümkündürmü?

- 20 Yanvar faciəsi və Qarabağda erməni-daşnak işğalının dərsləri;

- Qüds günü müsəlmanları hansı amal ətrafında birləşdirir?

 

kimi mövzular ətrafında təhlilllər aparılmış, çıxışlar edilmişdir.

 

İlahiyyatçı-filosof, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu Qüds Gününün fəlsəfəsi, ümmət qarşısında duran vəzifələr barədə onlayn-konfransın minlərlə iştirakçısına öz təhlillərini çatdırmışdır.

 

Onlayn-konfransda Türkiyə, Rusiya, Gürcüstan ilahiyyatçıları Qüds Günü ilə bağlı dəyərli fikirlərini bölüşmüşlər.

 

Bununla yanaşı, onlayn-konfransda dünyada Qüds Günü aksiyaları ilə bağlı video-süjetlər nümayiş etdirilmişdir.

 

Allah Təala ümmətə hər mənada həqiqi oyanış nəsib etsin, inşəallah!

 

 

Şərh yaz


Məxfi kod
Yenilə