Çərşənbə, 23 Yanvar 2019 10:43

Rövşən Əhmədli polisə çağılıması ilı bağlı açıqlama yaydı

Rövşən Əhmədli polisə çağılıması ilı bağlı açıqlama yaydı

Azərbaycan Respublikasının Qarabağ İslami Müqavimət Hərəkatının rəhbəri,Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü,Qarabağ qazisi Rövşən Əhmədli Yasamal rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinə aparılmışdır.

Məlumata görə tanınmış siyasətçi Rövşən Əhmədli polisin məhkəmənin qərarı ilə 200 manat cərimə edilmişdir. Bu barədə Rövşən Əhmədli öz feysbuk səhifəsində yazıb: “Nəhayət bütün qeyri-qanuni polis özbaşınalığının məntiqi nəticəsi olaraq saat 18-00 radələrində Yasamal Rayon məhkəməsinin “möhtəşəm ədalətli” qərarı ilə sonuclandı. “Müstəqil və ədalətli” hakim yalnız saxta polis protokolu əsasında 200 manat cərimə ilə qanunun aliliyini, ədalətin təntənəsini təmin etdi. Dövlətin əsası 2 halda sarsılır:cinayətkar cəzasız qalanda və günahsız insan cəzalandırılanda.”

Şərh yaz


Məxfi kod
Yenilə