Şənbə, 12 Yanvar 2019 21:31

Azərbaycan,Türkmənistan və Əfqanıstan arasında fiber-optik movzusunda əməkdaşlıq

Azərbaycan,Türkmənistan və Əfqanıstan arasında fiber-optik movzusunda əməkdaşlıq

Azərbaycan, Əfqanıstan və Türkmənistan transmilli fiber-optik magistrallar üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin verdiyi məlumata görə, 10 yanvar 2019-cu il tarixində Bakı şəhərində Azərbaycan, Əfqanıstan və Türkmənistan rəsmiləri arasında transmilli fiber-optik magistrallar üzrə əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə üçtərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Şahzad Aryobi, həmçinin adıçəkilən ölkənin maliyyə naziri Məhəmməd Humayun Qayomi, Türkmənistanın “Aşqabat Şəhər Telefon Şəbəkəsi” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Yusup Kerimov, “Türkməntelekom” şirkətinin baş direktor müavini Durdelı Atayev və Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenay iştirak ediblər.

Üçtərəfli görüş zamanı Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə “Siyəzən-Türkmənbaşı” fiber-optik kabel magistralının çəkilməsi, o cümlədən Türkmənistan ərazisi ilə Əfqanıstanın internetlə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bununla bağlı texniki-iqtisadi əsaslandırma işlərinin həyata keçirilməsi məqsədilə üç ölkənin mütəxəssislərinin iştirakı ilə birgə işçi qrupun yaradılması qərara alınıb.

Şərh yaz


Məxfi kod
Yenilə