Çərşənbə, 09 Yanvar 2019 23:03

BAKIDA HƏBS + VİDEO

BAKIDA HƏBS + VİDEO

Azərbaycan Respublikasında tənqidçi jurnalist Mehman Hüseynovun sərbəst buraxılması üçün Qərb qurumlarının təzyiqlərinin artmaslı ilə bir vaxtda Bakı polis əməkdaşaları o və digər siyasi məhbusların azadlığa buraxılması tələbi ilə  toplantı təşkil etmək istəyənlərə mane olaraq onlardan bir iddəsini yaxaladı.

Meydan Tv internet saytının məlumatına görə AŞPA ,Human Rights Watch təşkilatlarının və Vaşinqton Post qəzetinin redaksiya üzvlərindən bir iddəsi Azərbaycan Respublikası dövlətinə bu 26 yaşlı jurnalisti sərbəst buraxmağa çağrış ediblər.

Mehman Hüseynov 13 gün bundan əvvəl həbs müddətinin uzadılması barədə məhkəmə prosedurunun başlanmasına etiraz olaraq aclıq aksiyasına başlamışdır.

Əvəllər Mehman Hüseynov müdiri olmuş Jurnalistlərin Azadlığı və Təhlükəsizliyi müəssisəsi Mehmanın həbs müddətinin uzadılmasına səbəb olacaq ittihamları saxta bildirib.

Qurum İngiltərə hökümətindən Mehman Hüseynovun tibb xidmətləri ilə təmin olunması üçün Bakı dövlətinə təzyiq endirməsini və Azərbaycan Respublikası ilə mühüm ticarət və maliyyə həmkarlıqlarını və yüksək səviyyəli görüşləri ləğv etməsini tələb edib.

Azərbaycan Respublikası rəsmiləri Mehmanın aclıq aksiyası ilə bağlı xəbərləri təkzib ediblər.

Mehman Hüseynovun saxlanıldığı həbsxanın ictimai əlaqələr sədri Azadlıq radiosuna müsahibədə “bildiyim qədər o ac deyil” demişdir.

Mehman Hüseynov 2017 yanvar ayında polisin əmrini icra etməkdən imtina və sərt rəftar ittihami ilə 2 il həbsə məhkum edilmişdi.Özünə qarşı itthamları əsassız və yaxalanması dəlilini siyasi bildirən jurnalist Azərbaycan Respublikası rəsmilərinə və deputlarına aid olduğunu iddia etdiyi villaların fotolarını internetdə paylaşmışdı.

Mehman Hüseynov dekabrın axırlarında həbs müddətinin bitməsinə 2 ay qalmış yenidən “qanun nümayəndəsinin qarşısında dirəniş və ona zərər yetiməyə cəhd” etməkdə ittiham edilib.Bu ittiham sonucunda o başqa 7 il azadlıqdan məhrum ediləcək.

 

Media

Şərh yaz


Məxfi kod
Yenilə