Cümə, 19 Oktyabr 2018 21:48

Azərbaycan-R Prezidenti Türkiyəyə işgüzar səfərə gedib

Azərbaycan-R Prezidenti Türkiyəyə işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gedib.

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

 “Star” neft emalı zavodu müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilib.

Zavod ildə 10 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür.

Zavodda ildə 1,6 milyon ton nafta, 5 milyon ton dizel, 1,6 milyon ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. “Star” əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin xarici ticarət kəsirini 1,5 milyard dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25 faizdən çoxunu təmin edəcək.

Şərh yaz


Məxfi kod
Yenilə