Cümə axşamı, 20 Sentyabr 2018 17:51

Aşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTO

Aşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTO

Məhərrəm ayının 10-cu günü bütün müsəlman dünyasında Aşura günü olaraq qeyd edilir. Əba Əbdullah (ə) sevdalıları dünyanın hər guşəsində Kərbəla şəhidləri anır, rövzə və mərsiyə deyir, əzadarlıq keçirir.

Azərbaycanda da İmam Hüseyn (ə) aşiqləri bu müsibətli şəhadəti anmaq mərasimləri təşkil edib, göz yaşları ilə Əhli-Beytin (ə) qəminə şərik olublar. Ölkəmizin bütün bölgələrində Aşura əzadarlığı yaşanıb, Kərbəla şəhidləri anılıb.

Hər il olduğu kimi, Şəhidlər Xiyabanı da ziyarət edilib. Burada dualar edilib, əzadarlıq saxlanılıb. Ziyarət, cəmlə "Fərəc" duasının oxunması ilə yekunlaşıb.

Şərh yaz


Məxfi kod
Yenilə