Çərşənbə axşamı, 13 Fevral 2018 18:01

Şeyx Sərdarla bağlı Avropa Məhkəməsinə növbəti müraciət olunacaq

Şeyx Sərdarla bağlı Avropa Məhkəməsinə növbəti müraciət olunacaq

Xəbər verdiyimiz kimi bu gün Ali Məhkəmədə Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayəti üzrə məhkəmə baş tutub.

Proses barədə Maide.Az –a açıqlama verən vəkil Cavad Cavadov bildirib ki, əvvəlki proseslərdə olduğu kimi, bu dəfə də verilmiş vəsatətlər təmin edilməyib.

Vəkil növbəti addımın artıq atıldığını və məsələnin Avropa Məhkəməsində həllini tapacağına ümid etdiyini bildirib.

Şeyx Sərdarın saxlanma şəraiti və səhhətindən şikayətçi olmadığını qeyd edən vəkil onu da əlavə edib ki, müdafiə etdiyi şəxsin həbsdə saxlanılması üçün heç bir əsas yoxdur.

Şərh yaz


Məxfi kod
Yenilə