Çərşənbə, 17 Yanvar 2018 13:56

BMT baş katibi: "Dağlıq Qarabağ münaqişəsi üçün vasitəçilik təşəbbüsləri canlandırılmalıdır"

BMT baş katibi: "Dağlıq Qarabağ münaqişəsi üçün vasitəçilik təşəbbüsləri canlandırılmalıdır"

“Ukrayna, Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanı münaqişələr üçün vasitəçilik təşəbbüslərini canlandırmaq lazımdır”.

APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, bu sözləri BMT-nin baş katibi Antonio Qutyerres keçirdiyi brifinqdə deyib.

BMT-nin 2018-ci il üçün fəaliyyətinin prioritetlərini açıqlayan baş katib bildirib ki, əsas prioritet Koreya yarımadasının sülh yolu ilə nüvə silahlarından təmizlənməsi istiqamətində diplomatik səyləri genişləndirməkdir. O, Myanmarda qaçqın probleminə toxunaraq Banqladeşə sığınanlara dəstək üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

İsrail-Fələstin münaqişəsindən bəhs edən A. Qutyerresin sözlərinə görə, bu problem ancaq iki dövlətin yaradılması əsasında həll edilə bilər, başqa alternativ yoxdur.

BMT baş katibi son olaraq vurğulayıb ki, hər kəs hər yerdə dünyanı daha təhlükəsiz etmək üçün bir şeylər edə bilər: "İnsan hüquqlarının müdafiəsi dövlətləri və cəmiyyətləri möhkəmləndirir, suverenliyi gücləndirir".

Şərh yaz


Məxfi kod
Yenilə