Bazar, 01 Oktyabr 2017 17:00

Azərbaycan R-da Hüseyn(ə) Aşurasında Hüseyn şövqü+Fotoreportaj

Azərbaycan R-da Hüseyn(ə) Aşurasında Hüseyn şövqü+Fotoreportaj

Azərbaycan Respublikasındakı məscid və hüseyniyyələr Hüseyn(ə) Aşurasında matəm içindədir.

Azərbaycan Respublikasının əzadar xalqı bu gün şəhidlər ağası,Əba Əbdillah Əl-Huseyn(ə) və o həzrətin 72 sadiq köməkçisinin şəhadətinin matəmində əzəmətli əzadarlıq mərasimləri təşkil edərək, bir daha öz mövlasının yüksək amalları ilə əhd-peymanını təzələyibdir.

Aşura məktəbinin vurğunları bu müsəlman ölkənin məscid və hüseyniyyələrində dünən gecədən bəri əzadarlıq dəstələri təşkil edərək, əzadarlıq edirlər. Onlar pak imamlar(ə)-a olan məhəbbətdən gözəl görüntülər nümayiş etdirirlər.

Ölməz Aşura mədəniyyətinin davam etdirilməsinə təkid əzadarların çıxışlarında eşidilən mövzulardan olubdur.

Əzadarların hədiyyə etdikləri qanların alınması üçün də Azərbaycan Respublikasının 17 nöqtəsində məkanlar nəzərdə tutulubdur ki, insanlar qan təqdimetmə sıralarında dayanaraq, öz qanlarının bir hissəsini Hüseyn(ə)-ın qanının xatirəsinə nəzir və ehtiyaclıların ehtiyaclarını təmin etmək üçün təqdim edir.

Bu gecə də Kərbəla səhrası şəhidlərinin Şami-Qəribanı bu ölkə məscidlərində keçiriləcəkdir.

 

Şərh yaz


Məxfi kod
Yenilə