Çərşənbə axşamı, 25 iyul 2017 17:03

MN: Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib

MN: Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib

Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər.

APA-nın Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, erməni qüvvələrin  kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun Azərbaycan silahlı qüvvələrinin  mövqelərinə atılması nəticəsində hərbi qulluqçu  əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.

 

Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.

Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür.

Şərh yaz


Məxfi kod
Yenilə