Bu səhifəni yazdır
Bazar ertəsi, 24 iyul 2017 17:15

Bakıda İranın Qarabağ müharibəsindəki rolundan bəhs edən “Arazın Dayaz Günü” filminin təqdimatı keçirilib - FOTO

Bakıda İranın Qarabağ müharibəsindəki rolundan bəhs edən “Arazın Dayaz Günü” filminin təqdimatı keçirilib - FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə iranlı rejissor Möhsün Hadinin Qarabağ müharibəsinə həsr olunmuş “Arazın Dayaz Günü” filminin təqdimat mərasimi keçirilib

 Ttədbirdə siyasi xadimlər, QHT rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak edib.

 Təqdimatı keçirilən 70 dəqiqəlik bu film İranda ilk təşəbbüsdür və film İranda nümayiş etdirilərək böyük rəğbət qazanıb. Filmin İran televiziyalarında da nümayişi nəzərdə tutulub.

 Tədbirdə QAT-ın sədri Akif Nağı və filmin rejissoru Mohsün Hadi çıxış edərək film haqqında məlumat veriblər. Qarabağ həqiqətlərinin təbliği üçün bu cür təşəbbüslərin əhəmiyyətindən danışıblar. Film Azərbaycan dilində səsləndirilib, eyni zamanda fars dilində titrlərlə təmin olunub. Filmdə Qarabağ müharibəsinin həqiqi səbəbləri, gedişi, erməni işğalının nəticələri, Xocalı və digər faciələr konkret faktlarla əks olunub. Tədbirdə film tam həcmdə nümayiş etdirilib. Nümayişdən sonra tədbirdə iştirak edən Qarabağ döyüşçüləri, qanlı hadisələrin şahidləri,ictimayyət nümayəndələri fikirlərini bildirərək, müəllifə təşəkkürlərini bildirib. (islaminsesi) /

Foto galereya

Şərh yaz


Məxfi kod
Yenilə